Kriminal

Göyçayda ər arvadını qətlə yetirdi

12 May 2026, 19:38 1 baxış
Göyçayda ər arvadını qətlə yetirdi

Göyçayda ər arvadını qətlə yetirib.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib.


38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər