Mədəniyyət
Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa
Bakı sakinlərinin və şəhərin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün mayın 11-dən 17-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Oxu.Az içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Mayın 12, 13 və 14-də saat 19:00-da Vilyam Şekspirin "Kral Lirin faciəsi" tamaşasının premyerası olacaq. Ekzistensial faciə janrında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Şota Rustaveli adına Gürcüstan Milli Teatrının Baş rejissoru David Sakvarelidzedir. Biletlərin qiyməti 10-50 manatdır.
Mayın 15-də saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında hazırlanan "Baş" tamaşası oynanılacaq. Tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti - 10-25 manat.
Mayın 16-da saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Mayın 17-də saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası olacaq. Quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT): Mayın 16-da saat 19:00-da M.Füzulinin "Leyli və Məcnun" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Mayın 17-də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur. Biletlərin qiyməti 10-15 manatdır.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Mayın 16-da saat 19:00-da "Asılqan" tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Abdul Qənidir. Biletlərin qiyməti 10-15 manatdır.
Mayın 17-də saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 5-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı: Mayın 15-də saat 19:00-da SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və "1001 gecə" nağıllarının motivləri əsasında böyüklər üçün "999-cu gecə" nağıl-tamaşası oynanılacaq. Quruluşçu rejissor: İradə Gözəlovadır. Biletlərin qiyməti: 5-15 manat.
Mayın 16-da saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 8-15 manat.
Mayın 17-də saat 19:00-da yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan "Mesenat" tamaşası. Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. Biletlərin qiyməti: 10-20 manat. Heydər Əliyev Sarayında: 13 may saat 20:00-da Əməkdar artist Ədalət Şükürovun YUBİLEY konserti olacaq, Biletlərin qiyməti: 39-149 manat
Mayın 15 və 16-da saat 20:00-da "Cabir İmanov - 50. Xalqın Artisti" xatirə gecəsi baş tutacaq. Biletlərin qiyməti: 20-170 manat

Mənbə
oxu.az
Oxşar Xəbərlər