Mədəniyyət

Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA

11 May 2026, 13:40 1 baxış
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
"Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir". Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib. O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər. "Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram - həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq", - deyə A.İslamzadə bildirib. Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər