Mədəniyyət
Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
"Heydər Əliyev hər zaman mədəniyyəti, tarixi qoruyan, sənəti sevən bir insan idi. O, hər mahnını, hər rəqsi bilirdi, ifaçıları tanıyırdı. Kimlərin bu adlara layiq olduğunu, xalqın kimi sevdiyini yaxşı bilirdi. Bu, sənətkar üçün çox önəmlidir. Mən başa düşürəm ki, səhnəyə çıxanda bizi alqışlayan xalqdır. Sənətkarı yaşadan da məhz belə diqqətdir". Bunu Oxu.Az-a müsahibəsində Xalq artisti, Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı Təranə Muradova deyib.
- Təranə xanım, siz ulu öndər Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülən ilk sənətkarlardansınız… - Bəli, bəli. Mən Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülən üç nəfərdən biriyəm. Mənə və Azər Zeynalova qədər bu ada Xan Şuşinski layiq görülmüşdü. Bu, sadəcə bir ad deyil, sənətə verilən dəyərdir, xalqın adıdır. Ümummilli liderin məni bu ada layiq görməsi isə, əlbəttə ki, mənim üçün çox önəmlidir. Bilirsiniz, Heydər Əliyev sənətkarları heç vaxt diqqətdən kənarda qoymurdu. Ona görə də bu ada layiq görüldüyüm üçün çox xoşbəxtəm. Xatırlayıram ki, bizim konsertlər olanda o, kulisə gəlirdi, bizimlə maraqlanırdı, repertuarımızı bilirdi. Bilirsiniz, o zaman o, bizim böyüyümüz, atamız idi. Niyə belə deyirəm? Çünki heç kəsi diqqətdən kənarda qoymurdu, hər kəsdən soruşurdu: "İşlər necə gedir? Nə çatmır? Mədəniyyətə, rəqsə necə kömək etmək olar?" Bir dəfə milli rəqslərimizdən birinin musiqisi təqdim olunurdu. Musiqi kamera orkestrinin ifasında, qarmon və nağara ilə birlikdə səslənirdi. Həmin vaxt Heydər Əliyev Polad Bülbüloğluna dedi ki, "burada mütləq rəqs olmalıdır". Görün, o musiqini nə qədər dərindən hiss edirdi. Sonra mənə zəng etdilər və dedilər ki, bu musiqiyə mütləq rəqs hazırlanmalıdır. Mən də hazırladım və həmin rəqslə demək olar, bütün dünyanı gəzdim. - Təranə xanım, hansı rəqsdən söhbət gedir? - "Uzundərə" rəqsindən. "Uzundərə" bizim qədim milli rəqslərimizdəndir. Amma bu dəfə kamera orkestrinin ifasında milli musiqi alətlərimizlə birlikdə sintez olunmuşdu və Heydər Əliyev musiqini eşidən kimi demişdi ki, "axı burada rəqs lazımdır". Nəticədə baxın, necə maraqlı bir sintez yarandı - kamera orkestri, milli musiqi alətlərimiz və milli rəqsimiz. Bu, rəqs sənətində bir yenilik idi və həmin yeniliyin yaranmasına da məhz Heydər Əliyev səbəb olmuşdu. Bizim prezidentimiz hər zaman hər şeyi diqqətlə dinləyər, hər məsələyə diqqətlə yanaşardı. Ona görə də hər zaman ürəyimizdə yaşayacaq. O, yalnız siyasətə deyil, tarixə və mədəniyyətə də böyük önəm verirdi. Azərbaycanı qorumaq, onu yüksək zirvələrə qaldırmaq üçün hər şey edirdi.
- Siz Əməkdar artist olmadan birbaşa Xalq artisti olmusunuz… - Bəli, Əməkdar olmadan birbaşa Xalq artisti olmuşam. Bu adı alacağımızı nə mən, nə də Azər Zeynalov düşünürdü. O vaxtlar Azərbaycanda elə bir dövr var idi ki, fəxri adlar verilmirdi. Heydər Əliyev isə düşünürdü ki, layiq olan insanlara ad, onların əməyinə qiymət verilməlidir. Həmin illərdə mən də dövlət tədbirlərində iştirak edirdim. Xarici ölkələrdən - Gürcüstandan, Rusiyadan, Ukraynadan və s. ölkələrdən prezidentlər qonaq gələndə Mədəniyyət Nazirliyindən mənə zəng edirdilər ki, filan ölkənin musiqisinə uyğun rəqs qurmaq lazımdır. Qururdum, dünya xalqlarının rəqslərini ifa edirdim. Heydər Əliyev də hər zaman deyirmiş ki, "istedadlı xanımdır, ona mütləq fəxri ad verilməlidir". Beləcə, təxminən beş ildən sonra, Heydər Əliyevin sərəncamı ilə 28 nəfərə fəxri ad verildi. Həmin siyahıda mənim də adım var idi. Heydər Əliyev belə məsləhət görüb ki, mən və Azər Zeynalov Əməkdar artist olmadan birbaşa Xalq artisti adı alaq. Bu mənim üçün həm böyük məsuliyyət, həm də böyük qürur idi. - Sizə Xalq artisti adının verildiyi xəbərini eşidəndə nə hiss etdiniz? O anı necə xatırlayırsınız?
- Düzünü desəm, mən şoka düşmüşdüm. Həmin gün Heydər Əliyev Sarayında dövlət tədbiri keçirilirdi. Heydər Əliyev Azərbaycana görkəmli balerina Maya Plisetskayanı dəvət etmişdi. Tarix də may ayının 27-si idi. Konsert zamanı mənə yaxınlaşıb dedilər ki, bu gün siz Xalq artisti fəxri adına layiq görülmüsünüz. İnanmadım. Dedim ki, ola bilməz, çünki adətən Əməkdar artist mərhələsindən sonra Xalq artisti adı verilirdi. Ona görə də inanmadım. Evə qayıdanda isə özüm televizorda eşitdim və özümü o qədər xoşbəxt hiss etdim, o qədər sevindim ki... Bu, həyatımın ən unudulmaz günlərindən biri idi. Bir neçə aydan sonra, yenə konsertlərin birində ümummilli lider yenidən Sarayda konsertdə idi. Konsertdən sonra yenə səhnənin arxasına gəldi, yenə bizimlə görüşdü. Həmin vaxt Azər də, mən də, rəhmətlik İlhamə Quliyeva, Fidan, Xuraman Qasımova bacıları, Fərhad Bədəlbəyli və başqa digər sənətkarlar da orada idik. Heydər Əliyev çiyinlərimdən qucaqladı və dedi ki, "baxmayaraq ki, sən cavansan, amma mən görürəm ki, sən necə böyük bir sənətkarsan və mən ümid edirəm ki, bu adı yüksək zirvələrə qaldıracaq, Azərbaycan sənətini daha da ucaldacaqsan". O sözlər mənim üçün çox böyük sözlər idi və hər zaman qəlbimdə yaşayacaq.
- O zaman neçə yaşınız var idi? - 33 yaşım var idi. - Heydər Əliyev yaddaşınızda necə qalıb? - O, çox unikal insan idi. Hər kəslə dil tapa bilirdi. Onun çox böyük hissiyyatı var idi. Baxmayaraq ki, dövlət başçısı idi, amma insanlara münasibətində xüsusi səmimiyyət hiss olunurdu. Mən həmişə düşünürdüm ki, Allah bəzi insanlara xüsusi istedad verir. O da bu istedad sahibi idi. İstedad rəqqasda da, həkimdə də, sənətkarda da ola bilər... Amma Heydər Əliyevə verilən istedad tamam başqa idi. O, Azərbaycan xalqını zirvələrə qaldıran böyük şəxsiyyət idi. Çox böyük adam idi, çox böyük - dahi. Belə dahilər nadir hallarda dünyaya gəlirlər. Bu gün də mənim üçün Heydər Əliyev Sarayı çox önəmli məkandır. İlk addımlarımı da orada atmışam. Hər zaman onun Saraydan bizə zillənən baxışlarını, insanlara münasibətini, dəstək olmağını xatırlayıram.
Son dəfə səhnədə onun ürəyində problem yarananda, inanın ki, hamımız çox narahat olmuşduq. İnanın, həmin an hamı dua edirdi ki, prezidentimizə heç nə olmasın. Mən diz üstə çökdüm və dua etdim ki, Allah, ona kömək et. Tək mən yox. Kulisdə biz hamımız Allaha yalvarırdıq ki, ona heç nə olmasın. Bilirsiniz, H.Əliyev Azərbaycan xalqı üçün böyük bir zirvədir. Deyərdim ki, Allah onu Azərbaycan xalqına hədiyyə etmişdi. Allah ona qəni-qəni rəhmət eləsin. - Bizə zaman ayırdığınız üçün təşəkkür edirəm.

Mənbə
oxu.az
Oxşar Xəbərlər