Mədəniyyət
Dədə Qorqudu canlandıran ilk aşıq: Hüseyn Saraçlı yad edildi - VİDEO
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində türk dünyasının görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illiyinə həsr olunan anım tədbiri keçirilib. Professor Mahmud Kamaloğlu Baku TV-yə açıqlamasında bildirib ki, Hüseyn Saraçlı 8 filmdə çəkilmiş yeganə ustad aşıqdır.
O, 20-dən çox şagird yetişdirib. Araşdırmaçı Rəşad Əliyev Saraçlı isə vurğulayıb ki, Aşıq Hüseyn Saraçlı Dədə Qorqud obrazını canlandırmış ilk aşıqdır. Xatırladaq ki, Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. O, 400-dən çox dastan və rəvayət bilən ustad sənətkar kimi tanınıb. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edib və türk dünyasında geniş şöhrət qazanıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər