Mədəniyyət
Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" - VİDEO
Hazırda Şuşada yaşayıb-yaradan rəssam Zaur Mirzəyev doğma şəhərə qayıdışın onun həyatında və yaradıcılığında xüsusi önəm daşıdığını deyir. Baku TV-nin xəbərinə görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, 2020-ci ildəki tarixi qələbədən sonra Şuşaya qayıdaraq burada məskunlaşıb və fəaliyyətini doğma yurdunda davam etdirir.
Rəssamın sözlərinə görə, Şuşanın təbiəti, ab-havası sənət adamına xüsusi ilham verir: "Bakıda emalatxanaya girib işləyirdinsə, burada təbiətin özü rəssama mövzu verir". Zaur Mirzəyev onu da bildirib ki, hazırda yeni eskizlər üzərində çalışır və qarşıdakı illərdə Şuşadan ilhamlanaraq daha möhtəşəm əsərlər ortaya qoymağı planlaşdırır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər