Mədəniyyət
Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik. Oxu.Az xəbər verir ki, mayın 4-dən 10-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Mayın 9-da saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Mayın 10-da saat 19:00-da Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası oynanılacaq. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti: 8-15 manat.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində: Mayın 8-də saat 19:00-da Azərbaycan Dövlət YUĞ Teatrının "Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası Mikayıl Mikayılovun quruluşçu rejissorluğu ilə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş ediləcək. Biletlərin qiyməti: 5-20 manat.
Mayın 9-da saat 19:00-da "Mən gəldim, qızlar...(Müharibə)" adlı tamaşa təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Biletlərin qiyməti: 8-10 AZN.
Mayın 10-da saat 19:00-da Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 8-12 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında: Mayın 7-də saat 19:00-da Oscar Uayldın "Dorian Qreyin portreti" tamaşası olacaq. Biletlərin qiyməti: 10-50 manat.
Mayın 9-da saat 19:00-da Faiq Sücəddinov və Tamara Vəliyeva tərəfindən ərsəyə gətirilən "Mən dəyərəm min cavana" tamaşası planlaşdırılıb. Quruluşçu rejissor Yusif Əkbərovdur. Biletlərin qiyməti: 8-15 manat.
Mayın 10-da saat 19:00-da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən!.." tamaşası təqdim ediləcək. Quruluşçu rejissor Cavid İmamverdiyevdir. Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Mayın 10-da saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur. Biletlərin qiyməti 5-15 manatdır.
Heydər Əliyev Sarayında: Mayın 9-da saat 20:00-da türk pop musiqisinin məşhur ifaçısı Rafet el Romanın konserti reallaşacaq. Biletlərin qiyməti 45-225 manat arasında dəyişir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər