Mədəniyyət

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir

02 May 2026, 12:15 1 baxış
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, festival çərçivəsində İçərişəhərin tarixi küçələri xalça sərgiləri, ustad dərsləri, musiqili tədbirlərə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulan milli pavilyonlarda təqdim edirlər. Bundan əlavə festival çərçivəsində bir neçə məşhur xarici və yerli rəssamın sərgiləri də keçirilir. "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Qeyd edək ki, Beynəlxalq Xalça Festivalı üçüncü dəfədir İçərişəhərdə keçirilir.






Daha çox şəkil burada: PhotoStock.Az
Mənbə oxu.az

Oxşar Xəbərlər