Mədəniyyət
Qəzənfər Abbasov: "Attestasiya olunan müəllimlərin bir qisminin musiqidən anlayışı yox idi"
"Attestasiyadan keçməyən müəllimlərin yenidən işlə təmin olunmasına müsbət yanaşmıram". Oxu.Az xəbər verir ki, bunu xanəndə Qəzənfər Abbasov dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsi barədə brifinqdə deyib. O bildirib ki, attestasiya olunan müəllimlərin bir qisminin musiqidən anlayışı yox idi: "Çox sadə suallara cavab verə bilməyən müəllimlər var idi. Həmin müəllimlərin dərs deməsini məqsədəuyğun hesab etmirik. Müəssisələrdə savadlı, bilikli müəllimlərə ehtiyacımız var. Bu proses nəticəsində müəllimlər bir növ ələkdən keçirildilər və savadlı kadrlar üzə çıxdı".
Mənbə
oxu.az
Oxşar Xəbərlər