Kriminal

Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu

29 Apr 2026, 19:00 1 baxış
Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu
Balakən rayonunda yerin təkindən qanunsuz istifadə edən şəxslər müəyyən olunublar. Oxu.Az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlərlə Balakənçay çayında qeyri-qanuni yolla qum-çınqıl daşınmasını və satışını həyata keçirən 2 nəfər müəyyən olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər