Kriminal

Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var

29 Apr 2026, 12:04 1 baxış
Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var
Bakıda iki nəfər dəm qazından zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu R.Bağırov küçəsi ev 30-da baş verib. Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər