Kriminal

Xaçmazda dəhşətli qəza: Ölənlər var

29 Apr 2026, 12:16 1 baxış
Xaçmazda dəhşətli qəza: Ölənlər var
Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Yalama kəndi ərazisində qeydə alınıb. VAZ-2110 avtomobili yolda hərəkətdə olarkən KIA markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri - Xaçmaz rayon sakinləri İsrafil Şahbaz oğlu Hidayətov və Orxan Rüfət oğlu Mirzəquliyev ölüblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər