Kriminal

Kürdəmirdə QƏZA: "Mercedes" dəmiryol keçidinə çırpıldı

28 Apr 2026, 19:40 1 baxış
Kürdəmirdə QƏZA: "Mercedes" dəmiryol keçidinə çırpıldı
Kürdəmir rayonunda yol-nəqlıiyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 17:10-da Bakı-Böyük kəsik dəmir yolu xəttinin Muğan-Qarasu sahəsində qeydə alınıb. Belə ki, 52-BL-162 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirib, dəmiryolu keçidinin işıqforuna və şlaqbauma çırpılıb. Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər