Kriminal
Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT
Bakıda qətl hadisəsi törədilib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun Qara Qarayev prospektində baş verib. Ərazidəki iaşə obyektlərindən birində dörd nəfər birlikdə yeyib-içiblər. Daha sonra həmin şəxslər arasında gərginlik yaranıb. Onlar küçəyə çıxaraq mübahisəni davam etdiriblər. Bu zaman Kamran Əhmədovla dostu Emil Əmirbəyov bir-birlərini bıçaqlayıblar. Nəticədə E.Əmirbəyov hadisə yerində ölüb, K.Əhmədov isə ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər