Kriminal

Ağcabədidə işə gedən 57 yaşlı kişini maşın vurub öldürdü

28 Apr 2026, 16:24 1 baxış
Ağcabədidə işə gedən 57 yaşlı kişini maşın vurub öldürdü
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qaravəlli kəndində qeydə alınıb. Vəli Nüsrətli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 1969-cu il təvəllüdü Lətif Nağıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, L.Nağıyev səhər saatlarında işə gedirmiş. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər