Kriminal
Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın: Tələbələr təxliyə edildilər
Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məhərrəm Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanğın hadisəsi başlayıb. Oxu.Az-ın məlumatına görə, hadisə universitetin bir saylı tədris korpusunun həyətində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. Hadisə zamanı korpusun əməkdaş və tələbələri təxliyə ediliblər. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, yanğının tüstüsü bir saylı tədris korpusunda hiss olunduğuna görə, korpusdakı bütün əməkdaşlar, müəllimlər və tələbələr təcili təxliyə olunublar: "Yanğın nəzarətə götürülüb və tam söndürülməsi istiqamətində işlər görülür. Hadisə nəticəsində heç bir əməkdaş və ya tələbə xəsarət almayıb".
Mənbə
oxu.az
Oxşar Xəbərlər