Kriminal
Qazinin faciəli şəkildə öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO
Ötən gün Lerikin Daster kəndi ərazisində avtomobil ustasının faciəli ölümünün bəzi təfərrüatı məlum olub. Oxu.Az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə qohumuna məxsus "QAZ-66" markalı yük avtomobilini təmir etdikdən sonra nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamaq istəyib. O, həmin nəqliyyat vasitəsini idarə edərkən onu kənd ərazisində dərəyə aşırıb. Ağır xəsarətlər alan Həmzə Mirseyidzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub, qazi imiş.
Mənbə
oxu.az
Oxşar Xəbərlər