Kriminal
Yetmiş yaşlı kişi sanatoriyada öldü
Naftalanda sanatoriyada 70 yaşlı kişinin meyiti aşkarlanıb. Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən "Möcüzəli" sanatoriyasında qeydə alınıb. Meyiti tapılan şəxsin Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z.Rzaquliyevin olduğu məlum olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn Ş.Rzaquliyev ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər