Mədəniyyət

Azərbaycanda Əməkdar artist vəfat edib

26 Apr 2026, 18:48 1 baxış
Azərbaycanda Əməkdar artist vəfat edib
Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, 1956-cı ildə anadan olan aktyor uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına töhfəsini verib. Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar "Anamın kitabı", "Dəli İbrahim", "Məşədi İbad" kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər