Digər
Fidan İshaq Darla danışdı
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
M.İshaq Dar həmkarı ilə Pakistanın həyata keçirdiyi cari diplomatik səylərlə bağlı yenilikləri bölüşüb.
O vurğulayıb ki, dialoq və diplomatiya vasitəsilə davamlı təmasların saxlanılması həm regionda, həm də ondan kənarda sülh və sabitliyin təşviqi üçün yeganə səmərəli yoldur.
Tərəflər regional təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsini davam etdiriblər.
Mənbə
axar.az