Digər
Tramp İranla danışıqları dayandırmağı əmr etdi
Tramp İranla tez bir zamanda razılığa gəlmək səylərindən imtina etmək və uzunmüddətli iqtisadi təzyiq strategiyasına keçmək qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın məlumatına görə, Tramp vitse-prezident Cey Di Vens, Stiv Uitkoff və Cared Kuşner də daxil olmaqla, danışıqçılarına Tehranla bütün əlaqələri dayandırmağı əmr edib.
Bildirilib ki, Ağ Ev müttəfiqlərinə bu strategiya dəyişikliyini İrana mümkün qədər tez zərbə endirmək niyyətindən uzun müddət ərzində onları boğmaq niyyətinə keçid kimi məlumat verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların aparılmadığını bildirmişdi.
Mənbə
axar.az