Digər

Elektrik enerjisindən qənaətlə istifadə edin! - Pezeşkian

25 Apr 2026, 15:26 1 baxış
Elektrik enerjisindən qənaətlə istifadə edin! - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında deyib.


Pezeşkian bildirib ki, ölkənin düşmənləri İranın infrastrukturunu vurmaqda xalqı narazı salmağı məqsəd güdür.


“Xalq icazə verməməlidir ki, narazılıq yaransın”, - İran prezidenti qeyd edib.


O əlavə edib ki, hələlik xalqın fədakarlığına ehtiyac yoxdur, amma istehlaka nəzarət edilməlidir.

Mənbə axar.az

Oxşar Xəbərlər