Digər
ABŞ ordusu Sakit okeanda katerə zərbə endirdi: ölənlər var - Video
ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Əəməliyyat zamanı iki nəfər həlak olub, ABŞ-ın hərbi qulluqçuları zərər görməyib.
"Kəşfiyyat məlumatları katerin Sakit okeanın şərq hissəsində məlum marşrut üzrə hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - deyə komandanlıqdan bildirilib.
Mənbə
axar.az