İdman

İtaliya DÇ-2026-ya İranın yerinə gedə bilərmi? - Donald Trampın CAVABI

24 Apr 2026, 17:56 1 baxış
İtaliya DÇ-2026-ya İranın yerinə gedə bilərmi? - Donald Trampın CAVABI
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ) İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi ehtimalı ilə bağlı verilən sualı cavablandırıb. Oxu.Az ESPN nəşrinə istinadən xəbər verir ki, Tramp səsləndirilən bu ideyanı olduqca maraqlı adlandırıb. Siyasətçi məsələyə reaksiyasını belə ifadə edib: "İcazə verin, bu barədə düşünüm". Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidentinin xüsusi elçisi Paolo Zampaoli Beynəlxalq Futbol Federasiyasına (FIFA) müraciət edərək İran yığmasının İtaliya komandası ilə əvəzlənməsini xahiş etmişdi. Xatırladaq ki, italiyalılar artıq üçüncü dəfədir ki, dünya çempionatına vəsiqə qazana bilmirlər. Onlar pley-off mərhələsində Bosniya və Herseqovina yığmasına məğlub olublar (1:1, penaltilər seriyasında - 1:4). Hazırkı vəziyyətə görə, İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda qərarlaşıb. İranlıların iki oyunu Los-Ancelesdə, bir görüşü isə Sietldə baş tutmalıdır. Turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər