İdman
Cinsiyyətini dəyişdirdiyi iddia edilən məşhur futbolçudan diqqətçəkən paylaşım - FOTO
Cinsiyyətini dəyişdirməsinə dair iddialar yayılan "Mançester Yunayted"in müdafiəçisi Matyas de Lixt uzun sürən fasilədən sonra paylaşım edib. Oxu.Az xəbər verir ki, ulduz futbolçu rəsmi "Instagram" hesabında "Mançester Yunayted"in təlim-məşq bazasından yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Xatırladaq ki, son vaxtlar sosial şəbəkələrdə məşhur idmançının guya cinsiyyət dəyişdirmə əməliyyatı keçirməsi barədə şayiələr dolaşırdı. İddia olunurdu ki, futbolçu bu qərarından sonra karyerasını bitirməyə hazırlaşır, klub rəhbərliyi isə yaranmış vəziyyəti ictimaiyyətdən gizli saxlayır. Bəzi paylaşımlarda isə daha da irəli gedilərək, müdafiəçinin fiziki görünüşündəki dəyişikliklərin hormon qəbulu ilə əlaqədar olduğu və məhz bu səbəbdən onun yaşıl meydanlardan xeyli vaxtdır uzaq düşdüyü ittihamları irəli sürülürdü. Qeyd edək ki, "Mançester Yunayted" klubu tərəfindən futbolçunun meydanlardan uzaq qalmasının əsl səbəbinin bel nahiyəsindəki zədə və bu səbəbdən reabilitasiya prosedurunun davam etməsi olduğu bəyan olunub.
Mənbə
oxu.az