İdman

"Penaltidir, ya yox?" - UEFA prezidenti əllə oyun qaydasına "üsyan etdi"

24 Apr 2026, 13:40 1 baxış
"Penaltidir, ya yox?" - UEFA prezidenti əllə oyun qaydasına "üsyan etdi"
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin hakimlərin qərarları ilə bağlı "üsyan edib". Oxu.Az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, o, müasir hakimlərin bəzi addımları qarşısında çıxılmaz vəziyyətdə qaldığını və onların qərarlarını anlamaqda çətinlik çəkdiyini etiraf edib. "Bəzən azarkeşlər oxşar epizodların müxtəlif matçlarda niyə fərqli qiymətləndirildiyini başa düşmürlər. Artıq mən özüm də heç nə anlamıram. Məsələn, əllə oynama qaydasını götürək: heç kim bunun penalti olub-olmadığını və ya qəsdən edildiyini aydınlaşdıra bilmir. Bunu necə müəyyən etmək olar? Axı sən psixiatr deyilsən", - deyə Çeferin bildirib. UEFA rəhbəri vurğulayıb ki, meydandakı hakimlər yekun qərarları özləri verməlidir, VAR yalnız açıq-aşkar səhvlər zamanı işə qarışmalıdır: "Müdaxilələr qısa edilməlidir, bəzi hallardakı kimi 10-15 dəqiqə uzanmamalıdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər