Digər

Tusk: Rusiya yaxın aylarda hücum edə bilər

24 Apr 2026, 12:34 1 baxış
Tusk: Rusiya yaxın aylarda hücum edə bilər

Rusiya NATO ölkəsinə illər sonra deyil, yaxın aylarda hücum edə bilər.


Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Donald Tusk deyib.


“Bu, həqiqətən də ciddi məsələdir. Mən qısamüddətli dövrdən — illər sonradan yox, aylar sonradan danışıram. NATO və ABŞ hücum olacağı təqdirdə Avropanı müdafiə etmək öhdəliklərini yerinə yetirməyə həqiqətən hazırdırmı? İnanmaq istəyirəm ki, 5-ci maddə hələ də qüvvədədir, amma təbii ki, bəzən suallarım yaranır. Avropanın təkcə kağız zəmanətlərə deyil, həm də real qüvvələrə, logistikaya və sərt cavab verməyə hazırlığa ehtiyacı var”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər