Cəmiyyət

Mehdiabad-Pirşağı yolunda antisanitar vəziyyət: Vətəndaşlar çətinlik çəkirlər - FOTO

19 Aug 2026, 14:56 1 baxış
Mehdiabad-Pirşağı yolunda antisanitar vəziyyət: Vətəndaşlar çətinlik çəkirlər - FOTO
Mehdiabad-Pirşağı yolunda yaranmış antisanitar vəziyyət və aylardır davam edən qazıntı işləri narazılığa səbəb olub. Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub. Qeyd olunub ki, ərazidə aparılan qazıntı işləri səbəbindən yolun hərəkət imkanları məhdudlaşdırılıb. Bu isə həm Pirşağıdan Mehdiabad istiqamətində, həm də əks istiqamətdə hərəkət edən vətəndaşlar üçün ciddi çətinliklər yaradır.

"Yaranmış vəziyyətdən xüsusilə 179 nömrəli marşrut avtobusunun sərnişinləri əziyyət çəkirlər. Yolda yaranan maneələr səbəbindən avtobusların hərəkəti ləngiyir. Qazıntı işlərinin aylarla davam etməsinə baxmayaraq, ərazidə yaranmış antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülmür. Bələdiyyə və yerli icra nümayəndəliyi ərazidəki vəziyyətə laqeyd yanaşırlar", - deyə şikayətdə bildirilir. Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə aidiyyəti qurumlar tərəfindən elektrik yarımstansiyasının tikilişi həyata keçirilir və bu tikinti məqsədilə qazıntı işləri aparılıb. "Qazıntı işləri səbəbindən əraziyə müvəqqəti olaraq bir neçə saatlıq məişət tullantılarının daşınmasını həyata keçirən texnikalar daxil ola bilməyib. Bu günün sonuna qədər qazıntı aparılan ərazilər doldurulması, ondan sonra məişət tullantılarının daşınması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.
Mehdiabad-Pirşağı yolunda antisanitar vəziyyət: Vətəndaşlar çətinlik çəkirlər - FOTO Mehdiabad-Pirşağı yolunda antisanitar vəziyyət: Vətəndaşlar çətinlik çəkirlər - FOTO Mehdiabad-Pirşağı yolunda antisanitar vəziyyət: Vətəndaşlar çətinlik çəkirlər - FOTO Mehdiabad-Pirşağı yolunda antisanitar vəziyyət: Vətəndaşlar çətinlik çəkirlər - FOTO Mehdiabad-Pirşağı yolunda antisanitar vəziyyət: Vətəndaşlar çətinlik çəkirlər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər