Digər

ABŞ hücum etsə, İran Avropadakı bazaları vuracaq - KİV

19 Aug 2026, 13:42 2 baxış
ABŞ hücum etsə, İran Avropadakı bazaları vuracaq - KİV

Donald Tramp İrana qarşı genişmiqyaslı hücumları bərpa etmək qərarına gələrsə, Tehran Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir. Hörmüz boğazındakı sualtı fiber-optik kabellər də hədəfə alına bilər.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.


Məlumata görə, İran hərbi rəsmiləri Cənubi və Cənub-Şərqi Avropadakı ABŞ obyektlərinə hücum ehtimalını qiymətləndirirdilər.


“Potensial hədəflər arasında Bolqarıstandakı Bezmer aviabazası yer alır. Bundan başqa, İran ABŞ hücumunun başlanacağı təqdirdə, Kiprdəki Britaniya aviabazasını da vurmağı nəzərdən keçirir”, - nəşr bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər