Mədəniyyət
Suyun üzərindəki rəqs: Qədim ebru sənətinin sehrli dünyası - VİDEOMÜSAHİBƏ
Ebru sənəti suyun səthində xüsusi boyalarla yaradılan naxışların kağıza köçürülməsi ilə formalaşan qədim və zərif sənət növüdür. Bu sənət həm estetik gözəlliyi, həm də fəlsəfi dərinliyi ilə seçilir. Ebru sənətinin kökləri Orta Asiyaya qədər uzansa da, Osmanlı dövründə inkişaf edərək Türkiyə ərazisində geniş yayılıb və klassik formaya salınıb. Tarixən ebru daha çox kitab sənətində, xüsusilə də əlyazmaların üz qabığında istifadə olunub. Meditativ təsirə malik ebru sənəti yalnız texniki bacarıq deyil, həm də daxili sakitlik və harmoniya tələb edən bir sənət növü kimi suyun üzərində boyaların sərbəst hərəkətini və insanın bu axara uyğunlaşmasını simvolizə edir. Oxu.Az-a videomüsahibəsində ebruzən Məryəm Bağırlı ebru sənətinin növləri, sirləri, fəlsəfi və estetik tərəfləri, istifadə olunan əsas materiallar, və sair maraq doğuran məsələlərə aydınlıq gətirib. Videomüsahibəni təqdim edirik:
Mənbə
oxu.az
Oxşar Xəbərlər