İdman

İtaliyada gənc futbolçu pizzaya görə öldürüldü - Foto

24 Apr 2026, 10:28 1 baxış
İtaliyada gənc futbolçu pizzaya görə öldürüldü - Foto

İtaliyada gənc futbolçu Qabriel Vakkaro pizzaya görə yaranan mübahisədən sonra qətlə yetirilib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.


Məlumata görə, hadisə Paviya şəhərində baş verib. 25 yaşlı futbolçu iki dostu ilə birlikdə maşına doğru gedərkən beş nəfər onlara hücum edib.


İdmançıya hücum edən 17 yaşlı şəxs vintaçan ilə onu boynundan və qarnından vurub. Dostları yaralı futbolçunu evinə aparıblar, onun xəsarətlərinin nə dərəcədə ciddi olduğunu dərhal anlamayıblar.


Sonradan Vakkaro xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.


Ölən idmançının dostlarından biri də qarın nahiyəsindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.


İstintaqın versiyasına görə, münaqişə hücum edən gənclərin futbolçudan əlindəki pizza qutularını onlara verməsini tələb etmələrindən sonra başlayıb.


Faktla bağlı üç şübhəli saxlanılıb, araşdırma davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər