İdman
Dünya çempionatına 48 gün qaldı: KANADA - "Les Rouges" - VİDEO
Kanada Meksika və ABŞ ilə birlikdə 2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edərək, FIFA-nın ən nüfuzlu turnirinə üçüncü dəfə qatılacaq. Oxu.Az Kanada futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır. "Les Rouges" (qırmızılar) bundan əvvəl 1986-cı ildə Meksikada və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatlarında mübarizə aparıblar. Amerikalı baş məşqçi Cessi Marşın rəhbərliyi və yerli azarkeşlərin dəstəyi ilə kanadalılar bu dəfə qrup mərhələsini keçmək və bəlkə də daha böyük uğurlara imza atmaq əzmindədirlər. Keçən ilin may ayında baş məşqçi təyin olunan Marş 1996-cı ildə "Major League Soccer"in (MLS) ilk mövsümündə çıxış edərək oyunçu kimi də böyük iz buraxıb. Şimali Amerikanın yüksək liqasında 300-dən çox oyuna çıxdıqdan sonra o, məşqçilik karyerasına başlayıb. "Monreal İmpakt" və "Nyu-York Red Bulz"da çalışdıqdan sonra Avropaya yollanan mütəxəssis burada "Zalsburq", "Leypziq" və "Lids Yunayted" komandalarının sükanı arxasına keçib.
Kanadanın ilk dünya çempionatı Şimali amerikalılar dünya çempionatı həyəcanını ilk dəfə 1986-cı ildə Meksikada yaşayıblar. Qvatemala və Haitinin yer aldığı seçmə qrupunu birinci yerdə başa vuran Kanada Fransa, Macarıstan və SSRİ ilə eyni qrupa düşmüşdü. Jan-Pyer Papenin başla vurduğu qol Toni Uotersin komandasının Fransaya 1:0 hesablı məğlubiyyəti ilə nəticələnmişdi. Daha sonra onlar Macarıstan və Oleq Bloxinin rəhbərlik etdiyi Sovet İttifaqı komandalarına eyni hesabla (2:0) məğlub olaraq qrupda qalmışdılar.
Kanadanın son dünya çempionatı Kanada KONKAKAF-ın (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) üçüncü təsnifat mərhələsini lider kimi tamamlayaraq 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatına vəsiqəni təmin etmişdi. Ərəb torpaqlarında onları çətin bir qrup gözləyirdi. Belçikaya qarşı keçirilən və bol qol epizodları ilə yadda qalan ilk oyunda kanadalılar 1:0 hesabı ilə məğlub oldular. Növbəti görüşdə Xorvatiyaya qarşı matçın elə ikinci dəqiqəsində Alfonso Deyvis tarixi qola imza atsa da, Kanada bu oyundan 4:1 hesablı məğlubiyyətlə ayrıldı. Onların turnirdəki çıxışı gələcək yarımfinalçı Mərakeşə 2:1 hesabı ilə uduzduqları matçla başa çatdı.
Kanadanın DÇ-2026-dakı oyun cədvəli və qrupu: Kanada DÇ-2026-da B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə millilərinə qarşı mübarizə aparacaq. B qrupu (saatlar Bakı vaxtı ilə): 12 iyun, 23:00, Kanada - Bosniya və Herseqovina (Toronto); 19 iyun, 02:00, Kanada - Qətər (Vankuver); 24 iyun, 23:00, İsveçrə - Kanada (Vankuver).
Kanadanın dünya çempionatlarında ən sərrast oyunçusu Hazırda "Bavariya" klubunda oynayan Alfonso Deyvis Kanadanın dünya çempionatlarında qol vuran yeganə futbolçusudur. Onun 2022-ci ildə Qətərdə Xorvatiyanın qapısına başla vurduğu qol Kanada futbolunun tarixinə qızıl hərflərlə yazılıb. Lakin komandanın hücum potensialını nəzərə alsaq, bu unikal statusun tezliklə dəyişəcəyi istisna edilmir.
Dünya çempionatlarında ən çox forma geyinən Kanada oyunçuları Kanada millisinin 23 futbolçusu dünya çempionatlarında üç oyunda iştirak edib. Hazırkı heyətdəki bir çox oyunçunun bu il dünyanın ən böyük səhnəsində bu rəqəmi artırmaq istəyəcəyi şübhə doğurmur.
Yeni nəsil ulduzlar Kanadanın hazırkı heyəti onun futbol tarixinin ən istedadlı nəslidir. Alfonso Deyvis: "Bavariya"nın ulduzu, millinin vizit kartı. O, təkcə Kanadanın deyil, dünyanın ən sürətli və texniki cinah oyunçularından biridir. Conatan David: "Yuventus"un qol ümidi sayılan "Soyuqqanlı qatil" ləqəbli hücumçu. Stiven Yustakio: "Portu"nun yarımmüdafiəçisi, komandanın beyni və oyun qurucusu. Gözləntilər: Tarixi ilk xal və sonrası Kanada üçün 2026-cı il həm də ilk xal və ilk qələbə deməkdir. Öz azarkeşləri önündə oynayacaq "qırmızılar" qrupdan çıxaraq pley-off həyəcanı yaşamaq istəyirlər. Maraqlı fakt: Kanada millisinin oyunçularının əksəriyyəti çoxmillətli ailələrdən gəlir ki, bu da komandaya həm Avropa taktikası, həm də Afrika və Amerika dinamikasını qazandırır. Maraqlıdır, hokkey ölkəsi futbol meydanlarında da "buzları əridə" biləcəkmi?

Mənbə
oxu.az