İdman

Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı

23 Apr 2026, 21:32 1 baxış
Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı
Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Oxu.Az xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Marta Getmanovaya (UWW) 7:5 hesabı ilə qalib gəlib. Avropa çempionatı aprelin 26-da başa çatacaq. Digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) sabah bürünc medal uğrunda qarşılaşmada qüvvələrini sınayacaqlar. Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər