İdman

İtaliya milli futbol komandası İranın yerinə mundiala gedəcək? - Rəsmi cavab gəldi

23 Apr 2026, 20:54 1 baxış
İtaliya milli futbol komandası İranın yerinə mundiala gedəcək? - Rəsmi cavab gəldi
İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti Luçano Buonfilyo bildirib ki, ölkənin futbol üzrə milli komandasının İran milli futbol komandasının əvəzinə ABŞ-də keçiriləcək dünya çempionatına getməsi çətin ki, mümkün olsun. Oxu.Az bu barədə "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir. Daha əvvəl "Financial Times" yazmışdı ki, ABŞ Prezidenti Donald Trampın qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli FIFA-ya İran milli futbol komandasını İtaliya milli futbol komandası ilə əvəz etməyi təklif edib. "Birincisi, bunun mümkün olduğunu düşünmürəm. İkincisi, mən bunu özümə təhqir hesab edərdim. Dünya çempionatında iştirak etmək hüququnu meydanda qazanmaq lazımdır", - deyə Luçano Buonfilyo bildirib. İtaliyanın idman və gənclər naziri Andrea Abodi də "Financial Times"ın məlumatını şərh edərkən qeyd edib ki, komandaların dəyişdirilməsi yersiz olardı və təsnifat meydanda baş tutur. Xatırladaq ki, İtaliya milli futbol komandası ardıcıl üçüncü dəfə dünya çempionatını buraxacaq. İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə bəyan edib ki, ölkənin milli komandası dünya çempionatında oynamağa tam hazırdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər