İdman

"Qalatasaray" - "Fənərbağça" derbisindən əvvəl Dursun Özbəkdən RADİKAL QƏRAR - FOTO

23 Apr 2026, 15:13 1 baxış
"Qalatasaray" - "Fənərbağça" derbisindən əvvəl Dursun Özbəkdən RADİKAL QƏRAR - FOTO
Türkiyə Superliqasındakı nəhəng derbi öncəsi "Qalatasaray" cəbhəsində gözlənilməz qərar verilib. Oxu.Az xəbər verir ki, klubun prezidenti Dursun Özbək "Qalatasaray" - "Fənərbağça" derbisinə hakim Yasin Kolun təyin edilməsindən dərhal sonra çox sərt məzmunlu bir açıqlama yayımlayıb. "Sarı-qırmızılı" klubun rəsmi kanallarından paylaşılan bildirişdə Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyinə qarşı radikal mövqe nümayiş etdirildiyi ictimaiyyətin diqqətinə çatdırılıb. Dursun Özbəkin adından "Qalatasaray"ın rəsmi sosial şəbəkə hesabında edilən paylaşımda məhz bu ifadələrə yer verilib: "Türkiyə Futbol Federasiyasının mövcud rəhbərliyi ilə bütün əlaqələrimiz bu gündən etibarən dayandırılmışdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər