İdman
"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıb
"Çelsi"də dünən istefaya göndərilmiş Liyam Rosenyoru əvəzləyəcək əsas namizəd bəlli olub. Oxu.Az "Talksport"a istinadən xəbər verir ki, bu şəxs "Bornmut"un baş məşqçisi Andoni İraoladır. Potensial namizədlər siyahısına "Nyukasl"dan Eddi Hau, "Portu"ya rəhbərlik edən Françesko Farioli, həmçinin Filipe Luis və Edin Terziç daxil edilsələr də, növbəti yay daimi əsasda təyinat üçün məhz İraola prioritet variant kimi nəzərdən keçirilir. Bask mütəxəssis artıq mövsümün sonunda hazırkı klubundan ayrılacağını rəsmən elan edib. Qeyd edək ki, İraola daha əvvəl "Kristal Pelas"ın Oliver Qlasneri əvəzləmək təklifini rədd etmişdi. Qeyd edək ki, cari mövsümün sonuna qədər londonluların baş məşqçisi vəzifəsini Kalum Makfarleyn icra edəcək. O bu postu Liam Rosenyorun gedişindən dərhal sonra müvəqqəti çalışdırıcı kimi təhvil alıb. Klub yay mövsümöncəsi hazırlıqlarının başlanmasına qədər yeni məşqçini təsdiqləmək üçün seçim prosesini diqqətlə və hərtərəfli həyata keçirməyi planlaşdırır.
Mənbə
oxu.az