İdman

"Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL

23 Apr 2026, 11:58 1 baxış
"Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL
Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə - "Formula-1" üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, çempionat Mayami Qran-prisindən (1-3 may) etibarən İdman TV tərəfindən yayımlanacaq. Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları ardıcıl 16-cı mövsüm ölkənin ilk idman kanalında ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər. Xatırladaq ki, builki mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər