İdman
Benziadan “Qarabağ” açıqlaması: Hakim, ayıbdır!
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Azərbaycan Kubokunun yarımfinal mərhələsində Ağdam klubunun “Sabah”a uduzaraq (1:2) mübarizəni dayandırmasından sonra paylaşım edib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, əlcəzairli futbolçu sosial şəbəkə hesabında sabiq komandasına qarşı ədalətsizlik edildiyini bildirib.
“Hakim, ayıbdır. Ölkənin ən yaxşı komandasını məğlub etməyin yeganə yolu budur”, - Benzia qeyd edib.
Qeyd edək ki, Yassin Benziya 2023–2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. 31 yaşlı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Fayha” komandasında çıxış edir.
Mənbə
axar.az