İdman
"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəldi - VİDEO
İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində "Börnli" - "Mançester Siti" matçı keçirilib. Oxu.Az xəbər verir ki, görüş "şəhərlilər"in minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.
Mançester təmsilçisinə qələbə qazandıran yeganə qolu qarşılaşmanın 5-ci dəqiqəsində Erlinq Holand vurub. Qalibiyyət sayəsində xallarını 70-ə çatdıran Pep Qvardiolanın yetirmələri turnir cədvələnin zirvəsinə yüksəliblər. Eyni xala malik "Arsenal" ikinci pilləyə enib.

Mənbə
oxu.az