İdman

"Latsio" İtaliya Kubokunun finalında "İnter"ə rəqib oldu

23 Apr 2026, 01:52 1 baxış
"Latsio" İtaliya Kubokunun finalında "İnter"ə rəqib oldu
İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Atalanta" öz meydanında "Latsio" ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, matçın əsas vaxtı qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Tərəflər arasında keçirilmiş ilk görüşdə 2:2 hesabı qeydə alındığına görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Burada da qol vurulmadığından komandalar penalti seriyasına gediblər. Penaltiləri daha dəqiq yerinə yetirən (1:2) "Latsio" futbolçuları finala yüksəliblər. Qeyd edək ki, həlledici qarşılaşmada Roma təmsilçisinin rəqibi "İnter" olacaq. İtaliya Kubokunun final qarşılaşması mayın 13-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər