İdman
İspaniya La Liqası: Yamal "Barselona"ya qələbə qazandırdı
"Barselona" İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Selta" ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, "Spotify Kamp Nou" stadionunda keçirilmiş oyun katalonların qələbəsi ilə başa çatıb - 1:0. Lamin Yamalın 40-cı dəqiqədə penaltidən vurduğu qol "Selta"nı məğlub etməyə kifayət edib. Qeyd edək ki, Yamal penalti zərbəsini yerinə yetirərkən zədələnərək əvəzlənib. Matçın birinci hissəsində 60 yaşlı azarkeş miokard infaktı keçirib. O, stadiondan birbaşa xəstəxanaya aparılıb. Bu nəticədən sonra "Barselona" 82 xalla turnir cədvəlində liderliyini davam etdirir. 73 xalı olan "Real Madrid" ikinci pillədə qərarlaşıb.
Mənbə
oxu.az