İdman

Valdas Dambrauskas: "Azərbaycanda olduğu qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm"

23 Apr 2026, 00:24 1 baxış
Valdas Dambrauskas: "Azərbaycanda olduğu qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm"
"Azərbaycanda olduğu qədər hakimliklə bağlı müzakirələrin aparıldığı ikinci ölkə görməmişəm". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra mətbuat konfransında deyib. Baş məşqçi matçdakı mübahisəli epizodlara münasibət bildirib. "Hakim qərarlarını şərh etməyi xoşlamıram. Epizodlara baxmışam, bu, hakimlərin işidir. Amma bir məqam var ki, qeyd etmək istəyirəm. İşlədiyim ölkələr arasında hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm. Azərbaycanda hər həftə hakim qərarları müzakirə olunur. Futbolun inkişafını istəyiriksə, hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir". Dambrauskas finaldakı rəqib "Zirə" barədə danışarkən oyunun çətin keçəcəyini vurğulayıb: "Final heç vaxt asan olmur. Bu, bir oyundan ibarətdir və hər şey mümkündür. Rəqib kim olur-olsun, biz öz işimizi görməliyik. Məqsədimiz titulu qazanmaqdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər