Mədəniyyət

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub

21 Apr 2026, 20:40 1 baxış
"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub
"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, dördhissəli filmin son hissəsi aprelin 30-dan etibarən kinoteatrlarda nümayiş olunacaq. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir. Filmdə Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla, geniş peşəkar aktyor heyəti yer alıb. Ekran işi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər