Dünya

Peter Madyar Macarıstanda hökumət üzvlərinə istefa vermələri üçün vaxt qoydu

21 Apr 2026, 00:36 1 baxış
Peter Madyar Macarıstanda hökumət üzvlərinə istefa vermələri üçün vaxt qoydu
Macarıstanda seçkidə qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar ölkə prezidentini və əvvəlki hökumət dövründə vəzifəyə təyin edilmiş demək olar bütün dövlət idarələrinin rəhbərlərini mayın 31-dək könüllü istefaya çağırıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, Budapeştdə keçirdiyi mətbuat konfransında çıxış edərək, bu insanları istefaya gedən baş nazir Viktor Orbanın əlaltıları hesab etdiyini və onların öz vəzifələrində qalmağa mənəvi haqlarının olmadığını deyib. Xatırladaq ki, aprelin 12-də keçirilmiş seçkinin nəticələrinə görə, "Tisa" partiyası Macarıstan parlamentində konstitusiya çoxluğu (199 yerdən 141-i) əldə edib və zərurət yarandıqda əsas qanuna düzəlişlər edə bilər. P.Madyarın yeni çağırış parlamentinin mayın əvvəlində keçiriləcək ilk iclasında baş nazir seçilməsu gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər