Dünya

Suriyada istilik elektrik stansiyasında partlayış: Üç nəfər həlak oldu

18 Aug 2026, 17:12 4 baxış
Suriyada istilik elektrik stansiyasında partlayış: Üç nəfər həlak oldu
Suriyanın Tartus əyalətinin Baniyas şəhərində yerləşən istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində üç nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Məlumata görə, partlayış bu gün səhər saatlarında baş verib. Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma aparılır. Tartus əyalətinin səhiyyə idarəsinin məlumatına əsasən, partlayış stansiyada təmir işləri aparılarkən baş verib. Ölənlər şirkətin əməkdaşlarıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər