Digər
İranda iki şəhərdə 3 məhbus edam edildi
İranın Zəncan və Şiraz şəhərlərinin həbsxanalarında üç məhbusun edam hökmü icra olunub.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məhbuslar adam öldürmək ittihamı ilə edam ediliblər.
Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatlarına əsasən, cari ildə İranda 900-dən çox məhbus edam edilib. Onlardan 400-dən çoxunun kimliyi müəyyənləşdirilib.
Mənbə
axar.az