Digər
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevin adının verilməsi qərara alınıb.
Axar.az Trend-ə istinadla xəbər verir ki, qərar Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən komissiyanın iclasında qəbul edilib.
Komissiya üzvləri Azərbaycanın böyük sənətkarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklifi yekdilliklə dəstəkləyiblər.
Mənbə
axar.az