Cəmiyyət

Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı açıqlandı

18 Aug 2026, 17:56 4 baxış
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı açıqlandı
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, "Qırmızı Körpü" gömrük postunda hazırda 1030 yük nəqliyyat vasitəsi çıxışda gözləyir: "İran İslam Respublikası ilə sərhəddə yerləşən "Astara" gömrük postunda isə 37 nəqliyyat vasitəsi növbədədir. Azərbaycanın Rusiya ilə sərhədində yerləşən "Samur" gömrük postunda isə 47 yük maşını növbədə gözləyir".
Mənbə oxu.az

Oxşar Xəbərlər