İdman

"Mançester Yunayted" gənc istedad üçün hərəkətə keçdi - FOTO

20 Apr 2026, 23:08 5 baxış
"Mançester Yunayted" gənc istedad üçün hərəkətə keçdi - FOTO
İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"un istedadlı hücumçusu Eli Junior Krupi tezliklə karyerasında yeni səhifə aça bilər. Oxu.Az-ın məlumatına görə, İngiltərənin nəhəng klublarından olan "Mançester Yunayted" fransalı forvardı öz heyətinə qatmağa ciddi maraq göstərir. Hazırkı klubu 19 yaşlı perspektivli futbolçu ilə yollarını ayırmağa müsbət yanaşır. Rəhbərlik Fransa U-21 yığmasının üzvünün bu keçidi müqabilində 50-60 milyon funt sterlinq məbləğində təzminat tələb etməyi planlaşdırır. Xatırladaq ki, "Bornmut" Eli Junior Krupini 2025-ci ilin fevral ayında Fransanın "Loryen" klubundan transfer etmişdi. Gənc qolador cari mövsüm ərzində Premyer Liqada iştirak etdiyi 28 qarşılaşmada rəqib qapılarından 10 top keçirməyi bacarıb.
"Mançester Yunayted" gənc istedad üçün hərəkətə keçdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər