Dünya

KİV: Fransa və Almaniya Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünü dəstəkləməkdən imtina edib

20 Apr 2026, 21:48 1 baxış
KİV: Fransa və Almaniya Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünü dəstəkləməkdən imtina edib
Almaniya və Fransa Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş üzvlüyünü dəstəkləməkdən imtina edib. Oxu.Az-ın məlumatına görə, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Almaniya Ukraynaya "assosiativ üzv" statusu təklif edib. Bu, ölkənin Aİ nazirlərinin və dövlət başçılarının görüşlərində iştirak etməsinə imkan verəcək, lakin səsvermə hüququna və ya birliyin ümumi büdcəsindən vəsaitlərə avtomatik çıxış hüuququ olmayacaq. Fransa aralıq üzvlük modelini - "inteqrasiya olunmuş dövlət statusunu" nəzərdən keçirir. Razılaşmaya əsasən, Ukrayna Aİ-yə tam üzv olana qədər bir çox proqramlar daxil olmaqla Avropa maliyyələşdirməsində iştirak edə bilməyəcək. FT-nin məlumatına görə, Almaniya və Fransa bu simvolik üzvlük formasının Ukraynanın Aİ-yə üzvlüyü yolunda mühüm addım olacağını gözləyirlər. Bu arada, Almaniya hesab edir ki, yeni status qarşılıqlı müdafiə bəndini də əhatə edə bilər ki, bu da Ukrayna hökuməti üçün vacibdir, çünki ölkənin NATO-ya üzvlük perspektivi yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər